1500 iştirakçı və 72 ölkə — Gamescom 2025 tarixə düşəcək

by Nigar Məmmədova
0 comments

Gamescom 2025 video oyun sərgisi 2009-cu ildən bəri keçirilən Köln tədbirlərinin ən böyüyü olacaq. Təşkilatçıların məlumatına görə, bu il 72 ölkədən 1500-dən çox iştirakçı qatılacaq ki, bu da Gamescom tarixində yeni rekord deməkdir.

Sərgi ilk dəfə 233 min kvadratmetr sahədə təşkil ediləcək. Bu, meydançanın genişləndirilməsinə yatırılan böyük investisiyaların nəticəsidir. Rəsmi açılış 19 avqust saat 21:00-da (Bakı vaxtı ilə 22:00) baş tutacaq. Birinci zal 5 min tamaşaçı tutumuna malikdir və müasir infrastrukturla təchiz olunub.

İştirakçılar arasında Nintendo, Xbox, 2K, Bandai Namco, Bethesda, Blizzard Entertainment, CD Projekt RED, Krafton, Netflix və oyun sənayesinin digər aparıcı şirkətləri yer alır.

Bunlar da xoşunuza gələ bilər