2XKO 2026-cı il üçün kibersport təqvimini elan etdi

by Nigar Məmmədova
0 comments

“Riot Games” şirkəti özünün yeni faytinq (fighting) oyunu olan 2XKO üçün 2026-cı ilin tam kibersport yol xəritəsini təqdim edib.

2XKO Competitive Series çərçivəsində 5 böyük turnir (Major events) və 15 “Challenger” seriyalı turnir keçiriləcək. Bütün tədbirlər “Riot” tərəfindən sponsorluq edilir və icma təşkilatçıları ilə tərəfdaşlıq şəraitində keçirilir.

“Major” turnirlərin cədvəli:

  • Frosty Faustings XVIII: İlin ilk böyük turniri. 29 yanvar – 1 fevral tarixlərində ABŞ-ın İllinoys ştatında baş tutacaq. Mükafat fondu 50 000 $ təşkil edəcək.
  • EVO Japan: 1–3 may (EVO seriyasının ilk dayanacağı).
  • EVO Vegas: İyunun sonu.
  • EVO France: Oktyabrın ortaları.
  • Battle Coliseum: 20–22 noyabr tarixlərində Braziliyanın San-Paulu şəhərində keçiriləcək.
2XKO

“Challenger” seriyalı turnirlər isə “Major” yarışlar arasındakı fasilələrdə təşkil olunacaq. Seriyanın ilk turniri San-Xosedə (Kaliforniya, ABŞ) keçiriləcək Genesis X3 (GX3), növbətisi isə martın sonunda baş tutacaq Texas Showdown-dır. Digər təsdiqlənmiş məkanlar sırasına Avstriya, Avstraliya, Fransa, Böyük Britaniya, Kanada və Puerto-Riko daxildir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın