Mirage 2025-ci ildə FACEIT-in ən populyar xəritəsi oldu

by Nigar Məmmədova
0 comments

FACEIT platforması 2025-ci il üçün xəritələrin populyarlıq göstəricilərini açıqlayıb. Reytinqin lideri Mirage olub – bütün matçların 30%-dən çoxu (15 milyondan artıq oyun) məhz bu xəritədə keçirilib.

Dust2 21,46% göstərici ilə ikinci, Ancient isə 14,78% (təxminən 7 milyon matç) ilə üçüncü yerdə qərarlaşıb. Statistikaya əsasən, platformadakı qarşılaşmaların yarısından çoxu ilk iki top-xəritənin payına düşüb.

2025-ci ildə FACEIT-də ən çox oynanılan xəritələr:

  • Mirage – 30,93%
  • Dust2 – 21,46%
  • Ancient – 14,78%
  • Anubis – 10,54%
  • Inferno – 9,75%
  • Train – 7,13%
  • Nuke – 2,84%
  • Overpass – 2,38%

Maraqlıdır ki, FACEIT-də 5-ci yerdə olmasına baxmayaraq, Inferno xəritəsi peşəkar səhnədə fərqli nəticə göstərib. Belə ki, bu xəritə IEM Chengdu 2025 turnirində 19 dəfə seçilərək çempionatın ən populyar xəritəsi olmuşdu.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın