Atomic Heart əkizləri hələ də Pornhub-ın topundadır: Mundfish 2025-ci ilin yekunlarını açıqladı

by Nigar Məmmədova
0 comments

Mundfish studiyası Atomic Heart şuterinin 2025-ci il üzrə yekunlarını və 2026-cı il planlarını əks etdirən rəsmi infoqrafika yayımlayıb. Oyunun ümumi auditoriyası dünya üzrə 10 milyon oyunçunu keçib – layihə çıxışından iki il keçməsinə baxmayaraq, yeni istifadəçilər toplamağa davam edir.

2025-ci ilin əsas hadisələri və maraqlı faktlar:

  • Populyarlıq: Tərtibatçılar xüsusi olaraq qeyd ediblər ki, Atomic Heart-ın Əkizləri (The Twins) 2025-ci ildə yenidən Pornhub-da axtarış və izlənmə sayına görə ən populyar oyun personajları sırasına daxil olublar.
  • Buraxılışlar: İl ərzində üçüncü süjetli əlavə — “Dəniz dərinliklərinin tilsimi” (Charms of the Sea Depths), rəsmi saundtrekin beşinci cildi və Əkizlərin iştirakı ilə altı saatlıq video çarx təqdim edilib.
  • Yeni istiqamət: Studiya özünün Mundfish PowerHouse nəşriyyat bölməsini işə salıb.

2026-cı il üçün planlar:

  • Final DLC: Atomic Heart üçün dördüncü və final süjetli əlavənin buraxılması planlaşdırılır (hələlik adı və dəqiq tarixi yoxdur).
  • Yeni layihələr: Studiya Atomic Heart 2-nin aktiv işlənilmə mərhələsinə keçdiyini və The Cube adlı elmi-fantastik döyüş oyununun yaradıldığını təsdiqləyib. Atomic Heart 2 PC və konsollar üçün hazırlanır.

Xatırladaq ki, Atomic Heart 2023-cü ilin fevralında işıq üzü görüb və alternativ SSRİ mühiti, vizual üslubu və Əkizlər kimi yadda qalan personajları ilə ilin ən çox müzakirə edilən oyunlarından biri olub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın