m0NESY HLTV-nin 2025-ci il üzrə ən yaxşı oyunçuları reytinqində 4-cü oldu

by Nigar Məmmədova
0 comments

İlya “m0NESY” Osipov, HLTV-nin 2025-ci il üzrə ən yaxşı 20 oyunçu reytinqində 4-cü pillədə qərarlaşıb. Falcons komandasının snayperi artıq ardıcıl dördüncü ildir ki, top-20 siyahısına daxil olaraq stabil yüksək oyun səviyyəsini və tez-tez forma zirvəsində olduğunu təsdiqləyir.

m0NESY-nin 2025-ci il fəaliyyəti:

  • Fərdi uğurlar: O, il ərzində iki MVP (ESL Pro League S22BLAST Rivals S2) mükafatı və bir sıra EVP fərqlənmələri qazanıb.
  • Komanda nəticələri: İndividual statistikasının güclü olmasına baxmayaraq, 2025-ci il m0NESY üçün kuboksuz keçən ilk mövsüm olub.
  • Transferlər: İl ərzində həm G2, həm də Falcons heyətlərində çıxış edib, lakin böyük turnirlərdə komanda şəklində qələbə qazanmaq mümkün olmayıb.
m0NESY

Reytinqin ilk 3 pilləsi 10 yanvar tarixində HLTV Awards mərasimində elan ediləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın