ZywOo HLTV-nin versiyasına görə 2025-ci ilin ən yaxşı oyunçusu oldu

by Nigar Məmmədova
0 comments

Team Vitality-nin snayperi Matye “ZywOo” Erbo, HLTV tərəfindən 2025-ci ilin ən yaxşı CS2 oyunçusu seçilib. Onun il ərzindəki orta reytinqi 1.32 təşkil edib.

ZywOo-nun 2025-ci il nailiyyətləri:

  • Turnir qələbələri: Fransız oyunçu il ərzində ikisi “Major” olmaqla cəmi doqquz turnirdə qalib gəlib.
  • Fərdi mükafatlar: Səkkiz dəfə turnirin ən yaxşı oyunçusu (MVP) seçilib, beş dəfə isə EVP mükafatına layiq görülüb.
  • Tarixi rekord: Bu, ZywOo-nun dördüncü dəfə ilin ən yaxşısı seçilməsidir; o, daha əvvəl 2019, 2020 və 2023-cü illərdə də bu zirvədə olub.
zywoo

Reytinqin digər liderləri:

2-ci yer: Danil “donk” Krişkovets. Onun komandası il ərzində dörd titul qazanıb, özü isə dörd dəfə MVP seçilib. Donk ili 1.42 orta reytinqlə tamamlayıb.

donk

3-cü yer: Robin “ropz” Kul. Estoniyalı oyunçu Vitality-nin doqquz titul qazanmasında əsas faktorlardan biri olub və səkkiz turnirdə EVP seçilib.

ropz

HLTV-nin 2025-ci il üzrə dünyanın ən yaxşı 20 CS2 oyunçusu:

  1. ZywOo (Vitality)
  2. donk (Spirit)
  3. ropz (Vitality)
  4. m0NESY (Falcons)
  5. sh1ro (Spirit)
  6. molodoy (FURIA)
  7. flameZ (Vitality)
  8. frozen (FaZe)
  9. KSCERATO (FURIA)
  10. Spinx (MOUZ)
  11. Twistzz (FaZe)
  12. mezii (Vitality)
  13. Senzu (The MongolZ)
  14. XANTARES (Aurora)
  15. YEKINDAR (FURIA)
  16. xertioN (MOUZ)
  17. torzsi (MOUZ)
  18. NiKo (Falcons)
  19. iM (NAVI)
  20. b1t (NAVI)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın