IEM Kraków 2026-nın qrupları və ilk oyunları bəlli oldu

by Nigar Məmmədova
0 comments

ESL şirkəti Intel Extreme Masters Kraków 2026 turnirinin birinci və ikinci mərhələlərinin püşkatma cədvəlini açıqlayıb. Təmsilçimiz NAVI ikinci mərhələdə (Stage 2) Spirit, FURIAThe MongolZ ilə eyni qrupda mübarizə aparacaq.

Turnirin ilk günündə azarkeşləri maraqlı qarşılaşmalar gözləyir. Birinci mərhələnin (Stage 1) açılış oyunları artıq bəllidir:

  • B8 vs NRG
  • FUT vs 3DMAX
  • Passion UA vs G2
  • NiP vs Liquid

İkinci mərhələnin oyunları 31 yanvar – 3 fevral tarixləri arasında keçiriləcək. B qrupunda isə Team Vitality, FaZe Clan, MOUZFalcons kimi güclü komandalar yer alıb. IEM Kraków 2026 ilk gündən etibarən gərgin mübarizə vəd edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın