Falcons və FURIA BLAST Bounty Season 1-in yarımfinalına yüksəldilər

by Nigar Məmmədova
0 comments

BLAST Bounty Season 1-in dörddəbir final mərhələsində Team Falcons komandası, baş məşqçisinin yoxluğuna və “stand-in” ilə oynamasına baxmayaraq, Team Liquid-i 2:0 hesabı ilə (Nuke xəritəsində 16-14, Dust2-də isə 13-8) məğlub etməyi bacarıb. Bu qarşılaşmada m0NESY 50 öldürmə (kill) və 1.61 reytinq göstəricisi ilə matçın ən yaxşı oyunçusu olub.

FURIA komandası da gərgin keçən seriyada HEROIC-i 2:1 hesabı ilə üstələyərək növbəti mərhələyə keçib. Braziliyalılar Mirage xəritəsini (3:13) uduzsalar da, Dust2 (13:2) və Nuke (13:9) xəritələrində dominantlıq edərək qələbəni təmin ediblər. molodoy 47 öldürmə və 1.62 reytinqlə komandasına böyük üstünlük qazandırıb.

İndi hər iki komanda — Falcons və FURIA — yarımfinala hazırlaşır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın