PGL, gələn ilin may ayında Qazaxıstanda keçiriləcək PGL Astana 2026 turnirində iştirak edəcək dəvətli komandaların siyahısını yayımladı. Lakin turnir təqvimi kiberidman dünyasında maraqlı bir rəqabət və seçim məcburiyyəti yaradıb.
PGL Astana ilə demək olar ki, eyni vaxtda ABŞ-da digər bir böyük turnir — IEM Atlanta 2026 baş tutacaq. Artıq bəzi nəhənglərin seçimi məlumdur:
- IEM Atlanta-nı seçənlər: Natus Vincere, Team Vitality və FaZe Clan.
- Astana ehtimalı yüksək olanlar: Team Falcons, Team Spirit və The MongolZ hələlik Amerika turnirinə qatılacaqlarını bəyan etməyiblər, buna görə də Qazaxıstandakı turnirin əsas favoritləri hesab olunurlar.
Azərbaycanlı kiberidman həvəskarları üçün maraqlı məqam isə Monte və FUT Esports komandalarının da Astana turnirinə rəsmi dəvət almasıdır.
Yaranmış vəziyyətdə ən qəribə vəziyyətdə olan komanda FUT Esports-dur. Türk təmsilçisi hazırda hər iki turnirin dəvətini qəbul edib. Lakin turnirlər fərqli qitələrdə və eyni vaxtda keçirildiyi üçün onlardan birindən imtina etmək qaçılmazdır.

Burada bir risk var:
- ESL-in cəza siyasəti: ESL adətən dəvəti qəbul etdikdən sonra qəfildən turnirdən çəkilən komandaları növbəti tədbirlərindən kənarlaşdırır (banlayır).
- PGL-in mövqeyi: PGL də oxşar siyasət yürütdüyü üçün FUT Esports hansı turniri seçsə, digər təşkilatın gələcək yarışlarında iştirakını təhlükəyə atmış olacaq.
Dəvətli komandalardan başqa, daha dörd slot regional təsnifat mərhələlərinin qaliblərinə veriləcək:
- Avropa seçməsi
- Şimali Amerika seçməsi
- Cənubi Amerika seçməsi
- Asiya seçməsi