“NAVI” komandası “ESL Pro League 23“ün dörddəbir final mərhələsində “The MongolZ” kollektivini məğlub edərək turnirdən kənarlaşdırıb.
Gərgin keçən qarşılaşma 2:0 hesabı ilə başa çatıb — Ukrayna təmsilçisi “Ancient” xəritəsində 13:11, “Mirage”də isə 13:4 hesablı qələbə qazanıb. 1.87 reytinq nümayiş etdirən Drin “makazze” Şaçiri matçın ən yaxşı oyunçusu seçilib.
Monqolustan kollektivi turniri 5-8-ci yerlərdə başa vuraraq 48 min dollar mükafat qazanıb. Yarımfinala vəsiqə qazanan “NAVI” isə martın 14-də “MOUZ” — “FUT” cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, bu, klubun “StarLadder Budapest Major” turnirindən bəri yüksəldiyi ilk yarımfinaldır.
“ESL Pro League 23” martın 1-dən 15-nə qədər davam edir. Stokholmdakı böyük arenada keçirilən pley-off mərhələsinin ümumi mükafat fondu 1 milyon dollar təşkil edir.