EA “Battlefield Hardline” serverlərini PS4 və Xbox One-da bağlayır

by Nigar Məmmədova
0 comments

“Electronic Arts” şirkəti “Battlefield Hardline” oyununun “PlayStation 4” və “Xbox One” platformalarında dəstəyini dayandırdığını rəsmən elan edib.

Artıq mayın 22-dən etibarən oyun və ona aid bütün əlavə məzmunlar rəqəmsal mağazalardan çıxarılacaq. Bu tarixdən sonra “Hardline” oyununu PS4 və ya “Xbox One” üçün satın almaq mümkün olmayacaq. Mağazalardan silindikdən düz bir ay sonra isə bu konsollarda çoxistifadəçili oyun (multiplayer) rejimi tamamilə söndürüləcək.

Buna baxmayaraq, oyuna artıq sahib olan istifadəçilər üçün süjet rejimi (single-player) əlçatan olmağa davam edəcək.

PC istifadəçiləri üçün isə heç bir narahatlığa əsas yoxdur. Kompüterlərdə “Battlefield Hardline” həm satışda qalacaq, həm də serverlər adi rejimdə fəaliyyətini davam etdirəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın