Bethesda “Starfield” üçün irimiqyaslı “Free Lanes” yenilənməsinin treylerini təqdim etdi

by Nigar Məmmədova
0 comments

Aprelin 7-si kosmik RPG janrının həvəskarları, xüsusən də “Starfield” fanatları üçün əlamətdar gün olacaq. Həmin tarixdə “Bethesda” oyunu rəsmən PlayStation 5 platformasında satışa çıxaracaq və eyni zamanda bütün platformalar üçün ikinci süjet əlavəsi olan “Terran Armada” yayımlanacaq.

Lakin ən böyük sürpriz oyunçuların uzun müddətdir gözlədiyi bir çox mexanikanı və təkmilləşdirmələri özündə birləşdirən pulsuz “Free Lanes” yenilənməsidir. Miqyasına görə bu yenilənməni “Cyberpunk 2077”-nin məşhur 2.0 versiyası ilə müqayisə edirlər, hərçənd “Bethesda” rəhbəri Todd Hovard gözləntiləri çox da artırmamağı xahiş edib.

“Starfield”də kosmik səyahət artıq daha realdır

Yenilənmənin ən çox diqqət çəkən hissəsi eyni günəş sistemi daxilindəki planetlər arasında yükləmə ekranı (loading screen) olmadan, real vaxt rejimində hərəkət etmək imkanıdır. Oyunçular avtopilot rejimini işə salaraq səyahət zamanı ekipaj üzvləri ilə söhbət edə, əşyaları çeşidləyə, avadanlıqlarını təkmilləşdirə və növbəti addımlarını planlaşdıra biləcəklər.

“Free Lanes” yenilənməsi ilə oyuna gələcək digər yeniliklər:

  • Dünyanın genişləndirilməsi: Yeni lokasiyalar, təsadüfi hadisələr, əlavə tapşırıqlar və yeraltı zonalar;
  • Gəmi konstruktoru: Kosmik gəmilərin fərdiləşdirilməsi üçün yeni modul və elementlər;
  • X-Tech sistemi: Silah və ləvazimatların əfsanəvi xüsusiyyətlərini dəyişməyə və yeni resurs növü ilə gəmi detallarını gücləndirməyə imkan verən dərinləşdirilmiş “craft” sistemi;
  • Gücləndirilmiş rəqiblər: Düşmənlər üçün əlavə zireh, yüksək mobillik və elementar zərər (stixiya zərəri) kimi yeni bacarıqlar;
  • Planetüstü nəqliyyat: Planet səthində daha sürətli hərəkət üçün yeni nəqliyyat vasitələri;
  • Yoldaşlar və bonuslar: Yeni peyk (Murya) və mini-bot, həmçinin daimi bonuslar verən kolleksiya fiqurları (“Fallout”dakı “bobblehead”lərə bənzər);
  • İnventar və anbar: Bütün məntəqələr (outpost) üçün vahid resurs anbarı və “New Game+” rejimində əşyaların bir hissəsini saxlamaq funksiyası;
  • Təkmilləşdirilmiş interfeys: Yenilənmiş məlumat bazası, foto-rejim tənzimləmələri və gücləndirilmiş “Starborn” qabiliyyətləri.

Aprelin 7-dən etibarən “Starfield” həm məzmun, həm də texniki tərəfdən tamamilə yeni bir simada oyunçuların ixtiyarına veriləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın