Leon Kennedinin çimərlik geyimindəki heykəlciyi trend oldu

by Nigar Məmmədova
0 comments

Resident Evil” oyun seriyasının baş qəhrəmanlarından biri olan Leon S. Kennedinin yeni kolleksiya heykəlcikləri internetdə geniş marağa səbəb olub. Heykəlciklərin bu qədər müzakirə olunmasına səbəb istehsalçının personaj üçün seçdiyi qeyri-adi geyim tərzi və pozadır.

Hazırda ön sifariş üçün əlçatan olan bu fiqurlarda Leonun stula bağlanmış bir neçə fərqli variantı təqdim olunur: o, həm ənənəvi geyimində, həm də yalnız çimərlik geyimində (plavki) təsvir edilib.

Məhsulun təsvirinə əsasən, heykəlciklər 1/4 və 1/6 miqyasında istehsal olunur. Qiymətlər isə seçilən versiyadan asılı olaraq 46 dollar ilə 370 dollar arasında dəyişir.

Hazırda bu kolleksiya nümunələrinin “Capcom” şirkəti tərəfindən rəsmən lisenziyalaşdırılıb-lisenziyalaşdırılmadığı məlum deyil. Saytdakı məhsul təsvirində oyun seriyasının yaradıcıları haqqında heç bir qeyd yoxdur və reklam materiallarında şirkətin loqosu əks olunmayıb. Bu isə böyük ehtimalla məhsulun lisenziyasız olduğunu göstərir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın