Hindistanlı treyder “kraft” zamanı səhvən 10 000 dollarlıq CS2 skinlərini məhv edib

by Nigar Məmmədova
0 comments

Hindistanlı kiberidman kolleksioneri nadir və qiymətli əşyalarını səhvən mübadilə müqaviləsinə (“trade-up contract”) daxil edərək onları geri qaytarmaq şansını itirib. Treyderin böyük ümidlərlə etdiyi bu əməliyyat ona cəmi bir neçə dollarlıq sıravi bir skin qazandırıb.

Gülməli, həm də kədərli hadisə treyder dostları ilə “TeamSpeak” üzərindən söhbət edərkən baş verib. O, səsli çatda zarafatlaşdığı zaman diqqətsizlik edərək üzərində bahalı EMS Katowice 2014 etiketləri olan qiymətli skinləri “kraft” (yeni və daha üst səviyyəli əşya yaratmaq prosesi) üçün seçib.

kraft

Nəticədə, treyder bazar dəyəri 10 000 dollardan çox olan əşyalarını geri dönmədən itirib. Onların əvəzində isə oyunun ona verdiyi “mükafat” bazar qiyməti cəmi 2 dollar olan sıravi bir MP7 skini olub.

Bu hadisə treyderin “X” (keçmiş Twitter) platformasında etdiyi paylaşımdan sonra sürətlə kiberidman icmasında yayılıb. Şanssız kolleksionerə şərh bölməsində həmkarları tərəfindən çoxsaylı dəstək mesajları gəlib. Treyderlər nadir etiketli skinlərin bu cür absurd şəkildə “məhv edilməsindən” təəssüfləndiklərini bildiriblər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın