HLTV portalı 19.05.2026-cı il tarixi üçün dünyanın ən yaxşı CS2 komandalarının növbəti reytinq cədvəlini dərc edib. Siyahının lideri dəyişməz olaraq maksimum 1000 xalla Fransa təmsilçisi Vitality olaraq qalır.
Reytinqin digər pillələrində isə maraqlı yerdəyişmələr qeydə alınıb:
- NAVI “IEM Atlanta” turnirindəki çempionluğu və finalda “Vitality” üzərindəki qələbəsi sayəsində liderlə arasındakı xal fərqini xeyli azaldıb. Komanda 632 xalla 2-ci yerdədir.
- Team Spirit “PGL Astana 2026” turnirində qazandığı möhtəşəm qələbədən sonra 445 xalla top-3-lüyə daxil olaraq 3-cü pilləyə yüksəlib.
- Falcons kollektivi 404 xalla 4-cü yerdəki mövqeyini qoruyub saxlayıb.
- FURIA son turnirdəki uğursuz çıxışından sonra geriləyərək 383 xalla 5-ci yerə düşüb.
- 6-8-ci yerlər arasında heç bir dəyişiklik baş verməyib.
- MOUZ komandası (heyətində Yustinas “jL” Lekaviçyusun çıxış etdiyi) uğurlu qrafiklə 9-cu pilləyə qalxmağı bacarıb.
Həftənin ən yaxşı sıçrayışlarından birini isə GamerLegion edib. “IEM Atlanta” turnirində finala qədər yüksələn komanda reytinqdə 3 pillə birdən irəliləyərək 11-ci yerdə qərarlaşıb.
