Cyberpunk 2077 yeni rekorda imza atdı: Satışlar 40 milyon nüsxəni keçdi

by Nigar Məmmədova
0 comments

“CD Projekt RED” studiyası dünyaca məşhur RPG oyunu “Cyberpunk 2077”-nin qlobal satışlarının 40 milyon nüsxəlik yeni bir tarixi zirvəyə çatdığını rəsmən elan edib.

Bu böyük rəqəmə həm oyunun standart baza versiyası, həm də daxilinə irihəcmli “Phantom Liberty” əlavəsi daxil olan “Ultimate Edition” nəşrinin qlobal satışları daxildir. Xatırladaq ki, 2020-ci ildəki olduqca problemli və tənqid olunan startdan sonra tərtibatçılar oyunu irihəcmli yamaqlar vasitəsilə konsollarda və PC platformasında mükəmməl səviyyəyə gətirmiş, ardınca isə layihəni yeni məzmunlarla zənginləşdirmişdilər.

“Night City əhalisi: 40 milyon xəyalpərəst! Bizə bu möhtəşəm uğura imza atmaqda kömək edən hər kəsə ürəkdən təşəkkür edirik!”

CD Projekt RED

Satış dinamikası və “Edgerunners” 2-ci mövsüm müjdəsi

Oyunun rəsmi statistikasında diqqət çəkən əsas məqamlar aşağıdakılardır:

  • Nadir rast gəlinən artım: Hələ 2025-ci ilin noyabrında şirkət satışların 35 milyon olduğunu bəyan etmişdi. Cəmi 7 ay ərzində oyun daha 5 milyon nüsxə satılmağı bacarıb. Bir neçə il əvvəl çıxmış bir oyun üçün bu cür satış sürəti sənayedə nadir hadisələrdən hesab olunur.
  • Anime Expo 2026 və Netflix premyerası: Bu satış rekordu Los-Ancelesdə keçirilən Anime Expo 2026 festivalındakı böyük hərəkətliliklə eyni vaxta düşüb. Sərgidə CD Projekt RED və TRIGGER studiyasının birgə ərsəyə gətirdiyi “Cyberpunk: Edgerunners” animesinin ikinci mövsümü müzakirə olunur. Night City kainatından tamamilə yeni bir hekayəni bəhs edəcək 2-ci mövsümün premyerası 2026-cı ilin payızında “Netflix” platformasında baş tutacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın