Rəsmi: FACEIT platformasında “Cache” xəritəsi “Overpass”-ı əvəzlədi

by Nigar Məmmədova
0 comments

“FACEIT” platformasında yaranan texniki fasilə nəhayət ki, başa çatıb. Yenilənmənin ardından platforma rəhbərliyi Overpass xəritəsini rəsmi olaraq aktiv xəritə hovuzundan (map-pool) çıxarıb və onu əfsanəvi Cache xəritəsi ilə əvəzlədiyini elan edib.

FACEIT-dəki bu yeniliyin ardınca analoji dəyişikliyin elə bu gecə “Counter-Strike 2” oyununun daxilində də reallaşacağı gözlənilir. Verilən məlumata görə, Overpass yaxın saatlarda oyunun rəsmi “Premier” rejimindən tamamilə silinəcək.

5-ci Mövsümün startı və əfsanənin dönüşü

Köhnə dost yarış səhnəsinə geri qayıdır Vaxtilə CS:GO dövrünün ən populyar və ən çox oynanılan xəritələrindən biri olan Cache, “Premier” rejiminin 5-ci mövsümünün başlaması ilə birlikdə yenidən rəsmi Valve yarış hovuzundakı yerini alacaq.

Xatırladaq ki, CS2-də hazırda davam edən 4-cü “Premier” mövsümü məhz bugün — 6 iyul tarixində rəsmən başa çatır və dərhal yeni mövsümün startı elan olunur.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın