HLTV qlobal reytinqi yeniləndi: Liderlər mövqeyini qoruyur

by Nigar Məmmədova
0 comments

“HLTV” portalı 6 iyul 2026-cı il tarixinə olan “Counter-Strike 2” üzrə dünyanın ən güclü komandalarının həftəlik yenilənmiş reytinq cədvəlini təqdim edib. Son dəyişikliklərdən sonra cəvdəlin ilk 6 pilləsində heç bir yerdəyişmə baş verməyib.

İki həftəlik dominantlıq IEM Cologne Major turnirindəki möhtəşəm çempionluqdan sonra Falcons komandası 893 xalla artıq ardıcıl ikinci həftədir ki, qlobal reytinq cədvəlinə rəhbərlik edir.

Reytinqini qoruyan ilk altılıq və komandaların xal durumu aşağıdakı kimidir:

1. Falcons — 893 xal

2. Vitality — 828 xal

3. Spirit — 700 xal

4. FURIA — 651 xal

5. NAVI — 548 xal

6. Aurora — 322 xal

Top-10 daxilindəki əsas dəyişikliklər və sıçrayışlar

Cədvəlin növbəti sıralarında isə turnir aktivliyinə bağlı olaraq gərgin yerdəyişmələr qeydə alınıb:

  • BetBoom Team (bb team) sıçrayışı: Çində baş tutan XSE Pro League 2026 turnirində pley-off mərhələsinə yüksələn kollektiv, bir həftə ərzində düz 3 pillə irəliləyərək 7-ci yerə (318 xal) yüksəlib.
  • G2 Esports geriləyir: BetBoom-un kəskin yüksəlişi nəticəsində G2 komandası bir mövqe itirərək 8-ci pilləyə (308 xal) enib.
  • Legacy yenidən elitada: Braziliya təmsilçisi iki həftəlik fasilədən sonra yenidən dünyanın ən yaxşı 10 komandası sırasına daxil olmağı bacarıb. Onlar hazırda 9-cu yerdədirlər (290 xal).
  • MOUZ onluğu tamamlayır: Həftə ərzində bir pillə geriləyən komanda 289 xalla top-10-luğun sonuncu xəttində qərarlaşıb.

HLTV reytinqi yeniləndi: Falcons liderdir, bb team ilk 10-luqda - CS2

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın