CS2-də Premier-in 5-ci Mövsümü Başladı: Cache-in Qayıdışı və Yeni C4 Mexanikası

by Nigar Məmmədova
0 comments

Valve, Premier rejiminin 5-ci mövsümünü başlatdı. Tərtibatçılar “Overpass” xəritəsini aktiv xəritə siyahısından çıxarıb, onu “Cache” ilə əvəzlədilər. Həmçinin, bomba qurulan bütün xəritələrdə C4-ün partlayış zərəri və təsir radiusu tamamilə yenidən işlənib.

Bu yenilənmə anidən baş verən partlayışı, bombanın qurulduğu yerdən xaricə doğru yayılan partlayış dalğası ilə əvəz edir. Zərər artıq xəritənin kodunda yazılmış və əvvəlcədən hesablanmış simulyasiya göstəricilərinə uyğun olaraq vurulur.

Divarlar və künclər bu partlayış dalğasına birbaşa təsir göstərir. Eyni zamanda, oyunçuların can paneli yanıb-sönərək partlayışdan əvvəl onların tam olaraq nə qədər zərər alacağını əvvəlcədən göstərəcək.

Yeni silah və stiker kolleksiyalarından əlavə, tərtibatçılar xal cədvəlinə (score table) baxarkən performansa düşən yükü də azaldıblar. Əvvəllər bu cədvəlin açılması oyunçunun FPS-ni demək olar ki, iki dəfə aşağı salırdı.

Onlar həmçinin oyun mühərrikinin kodunu “Source 2”-nin ən son versiyasına yeniləyiblər, bir neçə icma xəritəsi əlavə ediblər və Cache, Dust2, eləcə də Inferno xəritələrində müxtəlif xırda düzəlişlər ediblər.

CS2-т Premier

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın