“apEX” ata oldu: “Vitality”nin kapitanının oğlu dünyaya gəldi

0 comments

“Team Vitality”nin “CS2” heyətinin kapitanı Dan “apEX“ Madeskler ailəsində xoş hadisə baş verdiyini açıqlayıb. Fransalı ulduz kiberidmançının oğlu dünyaya gəlib və körpəyə Elio adı verilib. Madeskler sevindirici xəbəri sosial şəbəkə hesabında yeni doğulmuş övladının fotosunu paylaşaraq ictimaiyyətə çatdırıb.

Kapitan paylaşımında hisslərini bu sözlərlə bölüşüb:

“44-cü kubok! Amma indiyə qədərki ən vacibi. Elio çərşənbə günü saat 23:12-də dünyaya göz açdı 🧸☀️ Ana və körpə sağlamdır 🥰🥰🥰 İndi qayğısına qalmalı olduğum yeni bir komandam var 🧑‍🧑‍🧒❤️”.

apEX

“Vitality”nin əvəzedici planı: jL heyətdə

Daha əvvəl məlum olmuşdu ki, 2026-cı ildə həm “apEX”, həm də onun komanda yoldaşı Uilyam “mezii” Merriman övlad sahibi olmağa hazırlaşır. Bu səbəbdən “Team Vitality” turnirlər üçün qabaqcadan əvəzedici oyunçu planı hazırlamışdı.

“BLAST Open Fall 2026” turnirində Yustinas “jL” Lekaviçyus ikinci dəfə ata olan mezii-ni uğurla əvəzləmişdi. Qarşıdakı “PGL Masters Bucharest 2026” yarışında isə jL məhz Madesklerin yerinə çıxış edəcək. Turnirdə kapitanlıq (IGL) vəzifəsini isə Uilyam Merriman icra edəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın