“BLAST Rivals Fall 2026” təşkilatçıları “Counter-Strike 2” üzrə nüfuzlu çempionatın açılış gününün cədvəlini və start qarşılaşmalarını rəsmən açıqlayıblar.
Qrupların tərkibi və 11 noyabr təqvimi
Püşkatmanın nəticələrinə əsasən, A qrupunda “Legacy” komandası “FURIA” ilə, “Vitality” isə “Falcons” ilə qarşılaşacaq. B qrupunda isə “Spirit” turnirə “FUT” kollektivinə qarşı matçla start verəcək, “MOUZ” isə “G2” ilə üz-üzə gələcək.
11 noyabr tarixində keçiriləcək açılış oyunlarının tam cədvəli (yerli vaxtla):
- 10:00 — Legacy vs. FURIA
- 12:30 — Vitality vs. Falcons
- 15:00 — Spirit vs. FUT
- 17:30 — MOUZ vs. G2
Turnirin formatı və mükafat fondu
Qrup mərhələsi “Double Elimination” (iki məğlubiyyət sistemi) formatında təşkil olunacaq. İştirakçılar hərəsində dörd komanda olmaqla iki qrupa bölünüblər.
Qeyd edək ki, “BLAST Rivals Fall 2026” 11–15 noyabr tarixlərində Honq-Konqda keçiriləcək. Dünyanın ən güclü səkkiz kollektivinin qatılacağı yarışın ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.