“Alinea Analytics” analitik şirkətinin aparıcı eksperti Ris Elliot”PlayStation 5″ konsol erasında “PlayStation Studios” tərəfindən buraxılmış ən çox gəlir gətirən oyunların reytinqini dərc edib. Təhlillərə əsasən, siyahının zirvəsində 1.4 milyard dollar ümumi gəlir (brutto hasilat) əldə edən “God of War: Ragnarok” qərarlaşıb. Reytinqdə ikinci yeri 1.3 milyard dollarlıq nəticə ilə “Marvel’s Spider-Man 2”, ilk üçlüyü isə 841.9 milyon dollar qazanan yarış simulyatoru “Gran Turismo 7” tamamlayıb.
Ən çox gəlir gətirən “PlayStation Studios” oyunlarının “Top-10” siyahısı:
- God of War: Ragnarok — $1.4 mlrd
- Marvel’s Spider-Man 2 — $1.3 mlrd
- Gran Turismo 7 — $841.9 mln
- Helldivers 2 — $786.3 mln
- Horizon Forbidden West — $485.8 mln
- Ghost of Yōtei — $410.1 mln
- The Last of Us Part I — $341.3 mln
- Ratchet & Clank: Rift Apart — $334.9 mln
- Stellar Blade — $316.9 mln
- Astro Bot — $292.6 mln
Gəlirlərin platformalar üzrə bölgüsü və naşir modeli
Nəzərə almaq lazımdır ki, reytinq yalnız “Sony”nin daxili studiyalarını deyil, şirkətin naşir kimi çıxış etdiyi kənar layihələri də əhatə edir. Məsələn, “Helldivers 2” (Arrowhead) və “Stellar Blade” (Shift Up) müstəqil komandalar tərəfindən yaradılsa da, “PlayStation” etiketi altında bazara çıxarılıb.
“Alinea Analytics”in hesablamalarına görə, ilk onluğa daxil olan oyunların ümumi dövriyyəsi 6.5 milyard dolları ötüb. Bu məbləğin platformalar üzrə pay bölgüsü belə formalaşıb:
- PlayStation konsolları: 84.7%
- PC (“Steam”): 14.1%
- Xbox: 1.2% (“Helldivers 2” sayəsində)
PC amili və “Ragnarok”un davam edən uğuru
“Helldivers 2” siyahıda “Xbox” konsollarına çıxan yeganə layihə kimi diqqət çəkir. Eyni zamanda fərdi kompüter (PC) bazarı digər böyük relizlərin (“God of War: Ragnarok”, “Stellar Blade” və “The Last of Us Part I”) ümumi gəlirinə mühüm pay əlavə edib.
Analitik həmçinin vurğulayıb ki, “God of War: Ragnarok” çıxışından illər keçməsinə baxmayaraq güclü satış dinamikasını qoruyub saxlayır. Təkcə 2026-cı il ərzində oyun təxminən 1.1 milyon nüsxə satılaraq naşirə 60 milyon dollara yaxın əlavə gəlir təmin edib.
Qeyd olunan rəqəmlər “Sony”nin rəsmi maliyyə hesabatı deyil, analitik agentliyin bazar qiymətləndirmələridir və xalis mənfəəti deyil, layihələrin əldə etdiyi ümumi ümumi dövriyyəni (brutto gəliri) əks etdirir.
