Cənubi Koreyanın Oyun Kontentinin Reytinqi Komitəsi (GCRB) üç iclasdan sonra “Grand Theft Auto 6” (GTA 6) oyununa rəsmi olaraq “19+” yaş məhdudiyyəti tətbiq edib. Bununla da layihənin ölkə bazarında tamamilə bloklanması təhlükəsi aradan qalxıb.
Tənzimləyicilər arasında uzun sürən müzakirələrə səbəb oyunun seksual kontekst daşımayan arxa plan səhnələrində çılpaq kişi genitalilərinin mütəmadi şəkildə yer alması olub. 10 sentyabr 2026-cı il tarixində keçirilən ilk səsvermə zamanı komitə üzvlərinin fikirləri bərabər bölünüb (3:3). Bu nəticə oyuna təsnifat verilməsindən tam imtinaya və “GTA 6″nın Cənubi Koreyada satışının tamamilə qadağan edilməsinə gətirib çıxara bilərdi.
Əlavə sınaqlar və yekun qərar
28 sentyabrda layihənin işçi versiyasını (build) əldə edən komitə 16 oktyabr tarixində əlavə sınaqlar keçirib. Bundan sonra baş tutan üçüncü iclasda tənzimləyicilər böyük səs çoxluğu ilə (8 lehinə, 1 əleyhinə) oyunun yetkinlik yaşına çatmış auditoriya üçün satışına icazə verilməsi barədə yekun qərar qəbul ediblər.
Beləliklə, “GTA 6” Cənubi Koreyada dünya relizi ilə eyni gündə — 19 noyabr 2026-cı il tarixində oyunçulara təqdim olunacaq.