Dastan Virtus.pro komandasını tərk etdi

by Elnur Qəhrəmanov
0 comments

Virtus.pro-nun Counter-Strike 2 üzrə əsas heyətinin keçmiş məşqçisi Dastan Akbayev təşkilatdan ayrılıb. Bu barədə klubun Telegram kanalında məlumat verilib.

Virtus.pro-nun CEO-su Nikolay Petrosyan bildirib:

“Dastanın Virtus.pro-nun uğurlarına töhfəsi böyükdür. O, komanda ilə həm ən çətin sınaqlarda, həm də ən parlaq qələbələrdə bərabər olub. Lakin hər bir əməkdaşlıq bir müddət sonra öz potensialını tükəndirir. Biz birlikdə Dastan üçün klub strukturunda uyğun bir mövqe tapmağa çalışdıq, lakin ortaq bir qərara gələ bilmədik. Bu səbəbdən, münasibətlərimizi bitirməyin ən doğru seçim olduğunu düşündük.”

Klubun rəhbəri Akbayevə bütün bu illər ərzindəki səylərinə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Dastan 2017-ci ildə oyunçu karyerasını bitirərək məşqçi kimi fəaliyyət göstərməyə başlayıb və Virtus.pro ilə bir çox turnirlərin qalibi olub, o cümlədən 2022-ci ildə IEM Rio Major turnirində çempion adını qazanıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın