Team 3DMAX Thunderpick World Championship 2024 yarımfinalına yüksəldi

by Elnur Qəhrəmanov
0 comments

Fransanın Team 3DMAX komandası Thunderpick World Championship 2024 CS2 turnirinin pley-off mərhələsində BESTIA üzərində 2:1 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Komanda Inferno xəritəsində 13:4, Ancient-də 18:22 məğlub olsa da, Anubis xəritəsində 13:9 hesabı ilə üstünlük qazanıb.

BESTIA turnirdə çıxışını başa vuraraq 5-8-ci yerləri tutub və $20 min mükafat əldə edib. Team 3DMAX isə növbəti mərhələdə The Mongolz komandası ilə qarşılaşacaq. Oyun 2 noyabr tarixində Bakı vaxtı ilə 23:30-da baş tutacaq.

Thunderpick World Championship 2024 turniri 21 oktyabr – 3 noyabr tarixlərində keçirilir və komandalar $850 min məbləğində mükafat fondu uğrunda mübarizə aparır.

Плей-офф Team 3DMAX

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın