FaZe Clan Fnatic-i Məğlub Edərək Perfect World Shanghai Major 2024-ə vəsiqə qazandı

by Nigar Məmmədova
0 comments

19 noyabr tarixində Perfect World Shanghai Major 2024-ün RMR qrup A mərhələsinin son öncəki günü baş tutan oyunlarda FaZe Clan, Fnatic üzərində qələbə qazanaraq böyük turnirə vəsiqə əldə etdi.

FaZe Clan, Perfect World Shanghai Major 2024: European RMR A çərçivəsində keçirilən oyunda Fnatic komandasını 2:0 hesabı ilə məğlub etdi. Anubis xəritəsində 13:5 və Ancient xəritəsində 13:8 hesabı ilə qələbə qazanan Finn “karrigan” Andersen və komandası, böyük turnirdə iştirak hüququ qazandı.

Fnatic isə yarışa RMR Avropa mərhələsində davam edəcək. Komanda, 2:2 oyun statistikası olan digər bir kollektivlə növbəti mərhələdə qarşılaşacaq.

Avropa RMR A qrupu, 17-20 noyabr tarixlərində Çində LAN formatında keçirilir. Turnirdə iştirak edən komandalar: Natus Vincere, Team Vitality, MOUZ, FaZe Clan, SAW, Team Falcons, Sangal Esports, BetBoom Team, Fnatic, GamerLegion, Nemiga Gaming, Cloud9, SINNERS Esports, Dynamo Eclot, Rebels Gaming və UNiTY esports.

A qrupundan yalnız 7 komanda Perfect World Shanghai Major 2024 turnirinə vəsiqə qazanacaq.

Turnirin özü 30 noyabr – 15 dekabr tarixlərində Çində baş tutacaq. 24 komanda arasında 1 250 000 ABŞ dolları mükafat fondu və çempion titulu uğrunda mübarizə aparılacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın