9 dekabr tarixində MachineGames studiyası tərəfindən hazırlanan Indiana Jones and the Great Circle oyunu rəsmi olaraq təqdim edildi. Oyunun genişləndirilmiş versiyasını əldə edən oyunçular isə 6 dekabr tarixindən etibarən oynamağa başlayıblar.
Oyun Haqqında:
Hadisələr 1937-ci ildə, “İndiana Cons” filmlərinin ilk iki hissəsinin hadisələrindən sonra baş verir. İndiana Cons, universitetindən oğurlanan vacib artefaktı geri qaytarmaq üçün yeni bir macəraya atılır.
Tənqidçilərin Qiymətləri:
Oyun, tənqidçilərdən 87 ballıq ortalama reytinq alıb. MachineGames-in əfsanəvi “Wolfenstein” seriyasından sonra bu layihə də oyun həvəskarlarını sevindirib. Tənqidçilər layihənin maraqlı süjet xətti və əyləncəli oyun mexanikası ilə seçildiyini vurğulayırlar.
Platformalar:
Indiana Jones and the Great Circle aşağıdakı platformalarda mövcuddur:
- PC
- PlayStation 4 və 5
- Xbox Series
Oyun həmçinin Game Pass Ultimate və PC Game Pass abunəlikləri çərçivəsində də təqdim edilir.