30
Esports Charts analitik xidməti 2024-cü ilin ən çox izlənən turnirlərinin siyahısını açıqlayıb.
Reytinqdə birinci yeri League of Legends oyunu üzrə keçirilən 2024 World Championship (Worlds 2024) turniri tutub. Turnir 6 941 610 nəfərlik izləmə pik nöqtəsinə çatıb. İkinci yeri Mobile Legends: Bang Bang oyunu üzrə keçirilən M6 World Championship turniri tutaraq 4 129 026 nəfər izləyici toplayıb. İlk üçlüyü isə MPL Indonesia Season 14 turniri tamamlayıb (4 008 662 izləmə). Bu turnir də Mobile Legends: Bang Bang üzrə keçirilib.
Qeyd edək ki, PGL Major Copenhagen 2024 turniri 8-ci yeri tutub və izlənmə sayı 1 853 954 nəfərə çatıb. Digər böyük turnir olan Perfect World Shanghai Major 2024 isə siyahıya daxil olmayıb.