BLAST Bounty Spring 2025 İkinci Günün Matç Cədvəli

by Nigar Məmmədova
0 comments

Bu gün, 15 yanvar, məşhur turnir operatoru BLAST tərəfindən təşkil edilən Counter-Strike 2 üzrə BLAST Bounty Spring 2025 turnirinin qapalı seçmə mərhələsinin ikinci günü keçiriləcək. Matç cədvəli artıq məlumdur.

15 yanvar tarixində Bakı vaxtı ilə baş tutacaq oyunlar:

  • 15:00 Astralis – Wildcard Gaming
  • 17:30 BIG – SAW
  • 20:00 Team Falcons – ENCE
  • 22:30 Team Vitality – Metizport

Dünən, 14 yanvar tarixində, seçmə mərhələnin ilk günündə 9Pandas, MIBR, Fnatic və 3DMAX komandaları turnirdən ayrıldılar. Növbəti mərhələyə Team Liquid, Team Spirit, HEROIC və FlyQuest komandaları keçdi.

BLAST Bounty Spring 2025 qapalı seçmələri 14-19 yanvar tarixləri arasında keçirilir. Komandalar LAN mərhələsində iştirak etmək üçün səkkiz kvota uğrunda mübarizə aparır.

Bundan əlavə, PGL və BLAST turnir operatorları 2027-ci ilin yanvar ayında Counter-Strike 2 üzrə böyük turnirlərin keçiriləcəyini açıqlayıblar. Bu elanlar hər iki şirkətin rəsmi sosial şəbəkələrində paylaşılmışdır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın