14
ESL Pro League Season 21 turniri bu il tamaşaçısız formatda keçiriləcək. Turnirin keçirilməsi ilə bağlı dəyişikliklər ESL-in rəsmi saytında elan edilib.
Turnir formatı və tarixləri
Turnir üç mərhələdə baş tutacaq:
- 1-ci mərhələ: 1-5 mart tarixləri arası.
- Pley-off mərhələsi: 13-16 mart.
Turnirdə 24 komanda iştirak edəcək. Onlar 1 milyon dollarlıq mükafat fondu, çempion titulu və xüsusi kubok uğrunda mübarizə aparacaqlar. İlk iki mərhələ İsveçrə formatında keçiriləcək və yalnız 8 ən güclü komanda pley-off mərhələsinə keçəcək.
1-ci mərhələyə dəvət olunan komandalar
- FURIA Esports
- 3DMAX
- Eternal Fire
- GamerLegion
- HEROIC
- Nemiga Gaming
- M80
- NRG
- PaiN Gaming
- MIBR
- Tyloo Gaming
- Lynn Vision
- Mindfreak
- Housebets
- FlyQuest
- SAW
2-ci mərhələyə dəvət olunan komandalar
- G2 Esports
- Team Spirit
- TheMongolZ
- Team Vitality
- MOUZ
- Natus Vincere
- Team Falcons
- Team Liquid
Niyə tamaşaçısız keçiriləcək?
ESL, tamaşaçısız formatın turnirin şəffaflığını təmin etmək məqsədini güddüyünü açıqlayıb. Bu qərar, xüsusilə bəzi oyunçuların, o cümlədən NaVi oyunçularının, tamaşaçıların komandalar üçün “ipucu” verdikləri ilə bağlı şikayətlərindən sonra qəbul edilib.