PGL Cluj-Napoca 2025-də Virtus.pro və 3DMAX qarşılaşacaq

by Nigar Məmmədova
0 comments

PGL Cluj-Napoca 2025 təşkilatçıları Counter-Strike 2 turniri üçün qrupların püşkatmasını elan edib.

İlk qrup mərhələsi İsveçrə sistemi üzrə keçiriləcək. Komandalar növbəti raunda keçmək üçün üç qələbə qazanmalıdırlar. İlk oyunlar 14 fevral tarixində, Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Debüt qarşılaşmalar best-of-3 formatında oynanılacaq. Turnirin yayımı iki rəsmi kanal vasitəsilə həyata keçiriləcək.

PGL Cluj-Napoca 2025 – Yayım A (1-ci mərhələ oyunları)

  • MOUZ – BIG (12:00)
  • FaZe Clan – SAW (15:00)
  • TheMongolZ – Complexity Gaming (18:00)
  • PaiN Gaming – Astralis (21:00)

PGL Cluj-Napoca 2025 – Yayım B (1-ci mərhələ oyunları)

  • 3DMAX – Virtus.pro (12:00)
  • Team Falcons – FlyQuest (15:00)
  • MIBR – Wildcard Gaming (18:00)
  • Eternal Fire – Imperial Female (21:00)

PGL Cluj-Napoca 2025 14-23 fevral tarixlərində Rumıniyada LAN formatında keçiriləcək. Turnirin ümumi mükafat fondu 1,25 milyon dollar təşkil edir. Yarışda 16 top səviyyəli komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın