1
Natus Vincere, ESL Pro League Season 21 turnirinin ikinci qrup mərhələsinin həlledici matçında G2 Esports-u məğlub etdi və pley-offa vəsiqə qazandı.
Matçın nəticələri:
- Mirage – 13:9
- Ancient – 13:6
Bu qələbə sayəsində NaVi, Team Vitality, Team Spirit, MOUZ və TheMongolZ komandalarının ardınca pley-off mərhələsinə yüksələn komanda oldu. G2 Esports isə 11 martda növbəti şansını sınayacaq və növbəti mərhələyə çıxmaq üçün daha bir oyun keçirəcək.
Qeyd edək ki, 2024-cü ildə İlya “m0NESY” Osipovun komandası yalnız bir dəfə – BLAST Fall 2024 finalında NaVi-yə qalib gəlib.
ESL Pro League Season 21 turniri 1-16 mart tarixlərində İsveçin Stokholm şəhərində keçirilir və iştirakçılar 400 min dollarlıq mükafat fondu uğrunda mübarizə aparırlar.