Portuqaliyalı futbol əfsanəsi, “Ən-Nəsr” klubunun və Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu döyüş oyunları dünyasına qədəm qoyur. O, Fatal Fury: City of the Wolves adlı klassik döyüş oyun seriyasının yeni buraxılışında oyunçu obrazı kimi təqdim olunacaq.
Bu qeyri-adi krossover rəsmi olaraq 40 yaşlı futbolçunun sosial media hesabında elan edilib. Oyunçular Ronalduya məxsus xüsusi döyüş texnikaları ilə yanaşı, onun məşhur qol sevinci “Siuuu”nu da oyunda görə biləcəklər – bu, qələbədən sonra avtomatik olaraq səhnələşdiriləcək.
Dünya futbol ulduzunun belə bir formatda görünməsi klassik Fatal Fury seriyasının canlanmasına marağı artıracaq mühüm hadisə kimi qiymətləndirilir. Ronaldu obrazının əlavə edilməsi oyunun həm yeni, həm də veteran fanatları üçün sürpriz olub.
Fatal Fury: City of the Wolves – SNK studiyasının hazırladığı ikölçülü döyüş oyunu seriyasının növbəti hissəsidir. Oyun 24 aprel tarixində PS4, PS5, Xbox Series X|S və PC platformaları üçün satışa çıxarılacaq.
Hazırda, 26–31 mart tarixlərində açıq beta-test mərhələsi keçirilir. Bu müddət ərzində oyunçular 9 fərqli döyüşçünü sınaqdan keçirə bilərlər:
- Izoc
- Kain R. Heinlein
- Rock Howard
- Terry Bogard
- Hotaru Futaba
- Jenet
- Mai Shiranui
- Preecha
- Vox Reaper