Falcons komandasından geri dönüş – PGL Bucharest-də 1/4 final bileti əldə olundu

by Nigar Məmmədova
0 comments

10 aprel tarixində keçirilən PGL Bucharest 2025 turnirinin qrup mərhələsində “Falcons” komandası gərgin mübarizədən sonra “The MongolZ” üzərində 2:1 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə yüksəldi. Bu, komanda üçün Cluj-Napoca turnirindən sonra ilk dəfədir ki, play-off mərhələsinə vəsiqə qazanır.

Kəskin dönüş və açar oyunçular

Görüşün ilk xəritəsi olan Miragedə “The MongolZ” dominant çıxış edərək 13:9 hesabı ilə qalib gəldi. Ayush “mzinho” Batbold bu hissədə 17 fragla parlayaraq, öz komandasına üstünlük qazandırdı. Falcons isə ikinci hissədə pistolet raundunu qazanmasına baxmayaraq, üstünlüyü qoruyub saxlaya bilmədi.

Lakin Dust2 xəritəsində mənzərə dəyişdi. Abdul “degster” Hasanov bu dəfə möhtəşəm performans göstərərək 15-3 nəticə ilə komandaya erkən üstünlük qazandırdı. NiKo da nəhayət oyuna qoşularaq ADR 180 ilə parlaq çıxış etdi və nəticədə 13:6 hesabı ilə Falcons qələbə qazandı.

Qərarverici Ancient və həyəcanlı oyu

Üçüncü və həlledici xəritə Ancientdə başlayan oyun iki ardıcıl ace ilə (TeSeS və degster tərəfindən) Falcons-un 4:0 üstünlüyü ilə başladı. Lakin MongolZ dirəniş göstərərək hesabı 6:6-ya çatdırdı və ikinci hissədə önə keçərək 10:9 hesabını yazdı. Buna baxmayaraq, Falcons ardıcıl altı raund qazanaraq matchpoint əldə etdi. Oyunun sonuna yaxın bir kobud səhv baş versə də, komanda soyuqqanlılığını qoruyaraq oyunu əlavə vaxtda 16:14 hesabı ilə bağladı.

Növbəti rəqib – ztr komandalı kollektiv

Qələbə Falcons-a turnirin 1/4 final mərhələsinə vəsiqə qazandırdı. Növbəti mərhələdə onlar Erik “ztr” Gustafsson-un komandası ilə qarşılaşacaqlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın