32
Blizzard, Diablo IV və məşhur Berserk manqası arasında baş tutacaq eksklüziv əməkdaşlıq barədə rəsmi məlumat yayıb. Tematik tədbir 6 may – 3 iyun tarixləri arasında bütün platformalarda aktiv olacaq.
Bu müddət ərzində oyunçular iblisləri məhv etməklə xüsusi valyuta qazanacaqlar. Toplanmış valyuta unikal kosmetik əşyalarla dəyişdiriləcək.
Tədbir çərçivəsində əldə oluna biləcək eksklüziv əşyalar:
- “Şahin Taleyi” bel trofeyi (Hawk’s Destiny Back Trophy)
- “Kəllə Cəngavərinin Gerbi” at zirehi
- “Qurban nişanı” – boyun hissəsi üçün bəzək
- “Öncədən xəbər verilmiş tutulma” məzar daşı (Foretold Eclipse Headstone)
- “Berserker ruhu” emblemi (Od of the Berserker Emblem)
Oyun içi mağazada satışa çıxacaq əlavə əşyalar:
- Berserk döyüş zirehi – barbar sinfi üçün
- “İşıq Şahini” zirehi – oğru sinfi üçün
- Oğruya məxsus döyüş ləvazimatı
- “Kəllə Cəngavərinin” zirehi – nekromant üçün
- Şahin mövzusunda döyüş atı
- Yeni yoldaş – Şnoz (The Schnoz)
Bu kolaborasiya, həm Berserk fanatları, həm də Diablo sevərləri üçün unudulmaz təcrübə və unikal vizual detallar vəd edir.