Sony şirkəti may ayında PlayStation Plus abunəçiləri üçün ciddi dəyişiklik edəcəyini açıqlayıb. Belə ki, 20 may 2025-ci il tarixində abunə kataloqundan 22 oyun silinəcək. Bu addım 2023-cü ilin mayında baş verən böyük yeniləmədən sonra ən geniş oyun çıxarılması sayılır.
Bu siyahıdan çıxarılan oyunların arasında Grand Theft Auto V, Batman: Arkham Knight və Ghostrunner kimi milyonlarla oyunçunun sevimlisinə çevrilmiş layihələr də var.
PS Plus kataloqundan çıxarılacaq oyunların tam siyahısı:
- Grand Theft Auto V
 - MotoGP 24
 - The Sims 4: Island Living
 - Resistance: Fall of Man
 - Resistance 2
 - Walkabout Mini Golf
 - Synth Riders
 - Ghostbusters: Rise of the Ghost Lord
 - Before Your Eyes
 - The Walking Dead: Saints & Sinners
 - The Walking Dead: Saints & Sinners – Chapter 2: Retribution
 - LEGO Marvel Super Heroes 2
 - Stranded: Alien Dawn
 - The LEGO Movie 2 Videogame
 - Ghostrunner
 - Payday 2: Crimewave Edition
 - Bloodstained: Ritual of the Night
 - Journey to the Savage Planet
 - Portal Knights
 - Enter the Gungeon
 - Batman: Arkham Knight
 - inFamous: Second Son
 
Diqqətəlayiq məqam:
Bu oyunlar 20 maydan sonra kataloqda olmayacaq. Əgər bu adlar arasında oynamaq istədiyiniz oyun varsa, indi başlamaq üçün son şansınızdır. Bu dəyişikliklər bütün istifadəçilərə aiddir və aktiv abunəçiləri də əhatə edir.