Steam-də iyun ayının ən çox qazanan yeni oyunları açıqlanıb

by Nigar Məmmədova
0 comments

Analitik GameDiscoverCo agentliyi 2025-ci ilin iyun ayında Steam platformasında satış baxımından ən uğurlu yeni relizlərin siyahısını təqdim edib. Siyahıya yalnız iyun ayında çıxan oyunlar daxil edilib.

İyun ayının lideri: Stellar Blade

Cədvəlin ilk pilləsində Stellar Blade qərarlaşıb. 11 iyun tarixində çıxan oyun 80,4 milyon dollar gəlir əldə edərək Cənubi Koreya studiyasına böyük kommersiya uğuru qazandırıb. Satışların 58 faizi Çin bazarına düşür.

TOP 10 – Steam-də iyunun ən çox gəlir gətirən relizləri:

  1. Stellar Blade – çıxış tarixi: 11 iyun – 80,4 milyon dollar
  2. Dune: Awakening – çıxış tarixi: 10 iyun – 54,3 milyon dollar
  3. Rematch – çıxış tarixi: 19 iyun – 23,6 milyon dollar
  4. Deltarune – çıxış tarixi: 4 iyun – 21,7 milyon dollar
  5. PEAK – çıxış tarixi: 16 iyun – 17,8 milyon dollar
  6. Broken Arrow – çıxış tarixi: 19 iyun – 12,1 milyon dollar
  7. The Alters – çıxış tarixi: 13 iyun – 5,1 milyon dollar
  8. Revenge on Gold Diggers – çıxış tarixi: 19 iyun – 4,8 milyon dollar
  9. Five Nights at Freddy’s: Secret of the Mimic – çıxış tarixi: 13 iyun – 4,6 milyon dollar
  10. Date Everything! – çıxış tarixi: 17 iyun – 4,4 milyon dollar

Bu statistik göstəricilər Steam platformasında oyun bazarının sürətlə dəyişdiyini və oyunçuların maraq dairələrinin müxtəlif olduğunu nümayiş etdirir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın