BLAST Bounty Fall 2025-də müdafiə üstünlük təşkil etdi

by Nigar Məmmədova
0 comments

HLTV.org-un məlumatına görə, BLAST Bounty Fall 2025 turnirində yalnız Nuke xəritəsində hücum tərəfi üstünlük qazanıb — 52,5% raund qələbəsi ilə.

Turnirin ən populyar xəritəsi isə beş dəfə seçilən Mirage olub. Burada müdafiəçilər 63,7% hallarda qalib gəlib. Üç dəfə oynanılan Ancient də açıq-aşkar müdafiə üstünlüyünü göstərib.

BLAST Bounty Fall 2025 turniri Maltada keçirilir və 480 min dollarlıq mükafat fondu uğrunda mübarizə aparılıb. Finalda Team Spirit, The MongolZ üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanaraq çempion olub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın