ESL Pro League Season 22-nin ilk mərhələsi başa çatdı

by Nigar Məmmədova
0 comments

ESL Pro League Season 22-nin ilk mərhələsində Stage 2-yə vəsiqə qazanan səkkiz komanda müəyyənləşdi. Ən yaxşı nəticəni HOTU və Inner Circle göstərdi — hər ikisi qrup mərhələsini 3-0 hesabı ilə tamamladı.

Növbəti mərhələyə keçən komandalar

  • HOTU – 3-0
  • Inner Circle – 3-0
  • 3DMAX – 3-1
  • Gentle Mates – 3-1
  • GamerLegion – 3-1
  • G2 – 3-2
  • Astralis – 3-2
  • FURIA – 3-2

G2 Rooster üzərində qələbə ilə başlasa da, ardıcıl iki məğlubiyyət aldı. Bununla belə, Fluxo və ENCE-ni məğlub edərək toparlana bildi. Astralis həlledici görüşdə Legacy-ni məğlub etdi.

FURIA isə HOTU-ya gözlənilməz məğlubiyyətdən sonra B8 üzərində çətin qələbə qazanaraq Stage 2-yə yüksəldi.

Turniri tərk edən komandalar

  • B8, ENCE və Legacy – nəticə 2-3
  • HEROIC, Fluxo, M80, NRG, Rooster – nəticə 1-3 və ya 0-3

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın