Ace və tOfu Team Liquid-in yeni oyunçuları oldular

by Nigar Məmmədova
0 comments

Kibersport təşkilatı Team Liquid Dota 2 komandası üçün iki yeni oyunçunun transferini elan edib. Bu haqda məlumat klubun sosial media hesablarında paylaşılıb. Komandaya Markus “Ace” Højlgaard Kristensen və Erik “tOfu” Engel qoşulublar.

Son illərdə hər iki oyunçu Gaimin Gladiators heyətində çıxış edirdi. Onlar bu komanda ilə The International 2023 və 2024-ün finalına yüksəlmiş, həmçinin Riyadh Masters 2024 də daxil olmaqla bir çox Tier-1 turnirinin qalibi olublar.

Team Liquid-in yenilənmiş Dota 2 heyəti:

  • miCKe
  • Nisha
  • Ace
  • boxi
  • tOfu

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın