GTA 6-nın çıxışı noyabr 2026-cı ilə təxirə salındı

by Nigar Məmmədova
0 comments

Rockstar Games rəsmi şəkildə təsdiqləyib ki, Grand Theft Auto VI oyununun çıxış tarixi yenidən təxirə salınıb.

Yeni buraxılış tarixi 19 noyabr 2026-cı il olaraq müəyyən edilib. Şirkət rəsmi bəyanatında gecikməyə görə üzr istəyib və əlavə vaxtın xətaların və texniki problemlərin aradan qaldırılması üçün lazım olduğunu bildirib.

Daha sonra Rockstar nümayəndələri oyun icmasına müraciət edərək aşağıdakı mesajı paylaşıblar:

“Səbriniz və dəstəyiniz üçün bir daha təşəkkür edirik. Gözləmə uzansa da, oyunçuların Leonida ştatınamüasir Vice City-yə qayıdacağı anı səbirsizliklə gözləyirik.”

Əvvəlcə GTA 6-nın çıxışı 26 may 2026 tarixinə planlaşdırılmışdı və oyun PlayStation 5 və Xbox Series X|S üçün buraxılmalı idi. PC versiyası daha sonra təqdim olunacaq, Nintendo Switch 2 portu isə baş versə, 2027-ci ildən tez olmayaraq işıq üzü görəcək.

Take-Two Interactive 5 milyard dollar dəyər itirdi

Rockstar Games tərəfindən çıxış tarixinin təxirə salınması xəbəri Take-Two Interactive şirkətinin səhmlərinə dərhal təsir göstərib.

Sosial mediada yayılan məlumatlara görə, GTA 6-nın nəşriyyatçısı cəmi bir neçə dəqiqə ərzində 11% dəyər itirərək, təxminən 5 milyard dollar bazar kapitalizasiyasını itirib. Ekspertlər bildirirlər ki, aksiyaların qiyməti yaxın günlərdə daha da enə bilər.

Take-Two Interactive 5 milyard dollar dəyər itirdi

Oyun ictimaiyyəti xəbəri qarışıq reaksiyalarla qarşıladı. Bir çox oyunçular uzunmüddətli gözləmənin tərtibatçılar üçün mənfi təsirlər yarada biləcəyini qeyd ediblər. Digərləri isə Take-Two-nun strategiyasını tənqid edib, çünki daimi təxirəsalınmalar bazardakı rəqib oyunların üstünlük qazanmasına səbəb ola bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın