Team Falcons, BLAST Rivals 2025 Season 2 turnirinin qrup mərhələsində Team Spirit üzərində 2:0 hesabı ilə (Dust2 — 16:13, Nuke — 13:8) qələbə qazandı.
Bu nəticə ilə Team Falcons, A qrupunda Passion UA ilə liderliyi bölüşür. Növbəti oyun 13 noyabr, Baki vaxtı ilə 07:30-da Passion UA komandasına qarşı keçiriləcək.
Team Spirit isə The MongolZ komandasına qarşı çıxış edəcək. Bu matç 13 noyabr, 06:00-da baş tutacaq.
BLAST Rivals Fall 2025 turniri 12–16 noyabr tarixlərində Honkonqda LAN formatında keçirilir. Ümumi mükafat fondu 350 min ABŞ dollarıdır. Bu, StarLadder Budapest Major 2025-dən əvvəlki son böyük turnir olacaq.