BLAST Rivals Season 2 Honkonqda pley-off mərhələsinin cədvəli müəyyənləşdi

by Nigar Məmmədova
0 comments

Qrup mərhələsindən sonra BLAST Rivals Season 2 turnirinin pley-off iştirakçıları müəyyənləşib. Komandalar 350 000 ABŞ dolları məbləğində mükafat fondundan pay və 2025-ci ilin son BLAST çempionu titulunu qazanmaq uğrunda mübarizə aparacaq.

Falcons və FURIA qruplarını qalib kimi başa vuraraq birbaşa yarımfinala yüksəlib və indi rəqiblərini gözləyirlər.

  • Birinci dörddəbir finalda Passion UA (Ukrayna) paiN Gaming ilə qarşılaşacaq.
  • İkinci dörddəbir finalda isə Team SpiritTeam Vitality üz-üzə gələcək.

Qaliblər şənbə günü baş tutacaq yarımfinal oyunlarına vəsiqə qazanacaqlar:

  • FURIAPassion UA / paiN cütünün qalibi ilə,
  • Falcons isə Spirit / Vitality qarşılaşmasının qalibi ilə oynayacaq.

Böyük final bazar günü, saat 12:00-da keçiriləcək və BO5 formatında oynanılacaq. Əksər azarkeşlər FURIA və Falcons arasında nəhəng qarşılaşma gözləsə də, ukraynalı Passion UA komandasının sürpriz edib yarımfinala yüksələcəyinə ümidlər böyükdür.

Bunlar da xoşunuza gələ bilər