Team Vitality-dən Metyu ZywOo Erbo CS2 üzrə StarLadder Budapest Major 2025-in ən yaxşı oyunçusu (MVP) seçilib və 1.38 reytinq əldə edib. Bu, 25 yaşlı fransız snayperin karyerasında artıq 28-ci MVP medalı və major turnirlərində üçüncü belə mükafatıdır – Copenhagen Major 2024 və Austin Major 2025-dən sonra.
Team Vitality turnirin çempionu olub, böyük finalda FaZe Clan-ı 3:1 hesabı ilə məğlub edib. Matç 15 dekabr gecəsi Budapeştdə başa çatıb: Vitality ilk xəritəni Nuke-da uduzub (6:13), lakin daha sonra Dust2 (13:3), Inferno (13:9) və Overpass-də (13:2) inamlı qələbə qazanıb. Vitality 500 000 dollar mükafat və ardıcıl ikinci major titulunu əldə edib.
StarLadder Budapest Major 2025 24 noyabr – 14 dekabr 2025-ci il tarixlərində Macarıstanda keçirilib. Turnirdə 32 komanda iştirak edib, ümumi mükafat fondu isə 1,25 milyon dollar təşkil edib.