xertioN HLTV-nin 2025-ci il üzrə ən yaxşı oyunçuları reytinqində 16-cı yeri tutdu

by Nigar Məmmədova
0 comments

MOUZ komandasının peşəkar oyunçusu Dorian “xertioN” Berman, HLTV portalının təqdim etdiyi 2025-ci ilin ən yaxşı oyunçuları siyahısında 16-cı pillədə qərarlaşıb.

Kiberidmançı 1.09 orta reytinq göstəricisi ilə bu siyahıya daxil olub. 2025-ci ildə xertioN fərdi olaraq MVP mükafatı qazanmasa da, dörd nüfuzlu turnirdə — PGL Cluj-Napoca, BLAST Bounty Season 2 və IEM Chengdu-da EVP (Exceptionally Valuable Player) mükafatlarına layiq görülüb.

Mövsüm ərzində xertioN MOUZ heyəti ilə birlikdə PGL Cluj-Napoca turnirinin qalibi olub, həmçinin dörd dəfə böyük turnirlərin finalına yüksəlib. Komanda il ərzində altı turniri üçüncü pillədə başa vurub.

Xatırladaq ki, hər il keçirilən ənənəvi HLTV reytinqi kiberidmançılar və bütün kiberidman sənayesi üçün mühüm hadisə hesab olunur. Oyunçular bu siyahıda peşəkar səhnədəki uğurlarına və fərdi orta reytinqlərinə əsasən yer alırlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın