Yeni BioShock oyunçuları 60-cı illərin Antarktidasına aparacaq

by Nigar Məmmədova
0 comments

BioShock seriyasının yeni hissəsi ən sirli layihələrdən biri olaraq qalır. Oyunun yaradılma müddəti uzun müddətdir ki, çətinliklərlə müşayiət olunur və Take-Two nəşriyyatı konkret məlumat verməkdən qaçaraq oyunun “əfsanəvi franşizanın layiqli davamı olacağını” bildirməklə kifayətlənir. Lakin MP1st portalı gələcək şuterin süjet və dünya quruluşu xüsusiyyətlərini qismən üzə çıxaran eksklüziv detallar yayımlayıb.

Oyun haqqında sızdırılan əsas detallar:

  • Məkan və Zaman: BioShock 4-ün hadisələri 60-cı illərin alternativ versiyasında, Antarktida ərazisində cərəyan edəcək.
  • Şəhər: Əsas oyun lokasasiyası Borey şəhəri olacaq.
  • Fraksiyalar: Süjetdə mühüm rolu “imtiyazlı elita” və ya öz ambisiyaları olan ayrı bir fraksiya sayılan Solariya (və ya Solaris) sakinləri oynayacaq.
  • Elementlər: İnsayderlər fövqəlbəşər qabiliyyətlər bəxş edən, lakin güclü asılılıq yaradan “ADAM” maddəsinin geri qayıdacağını təsdiqləyiblər.
  • Lokasiyalar: Oyunda bir boss döyüşünün baş tutacağı ehtimal edilən kazino və oyunun baş antaqonistinə həsr olunmuş “qızıl” heykəl kimi detallar qeyd olunur.

İnkişaf prosesi və gələcək:

Oyunun çıxış tarixi hələ də məlum deyil, çünki 2025-ci ildə layihənin hazırlanması prosesi faktiki olaraq yenidən başladılıb. Avqust ayında Cloud Chamber studiyasına təcrübəli böhran meneceri və Diablo franşizasının keçmiş rəhbəri Rod Fergüsson rəhbər təyin edilib. Problemli layihələri xilas etmək təcrübəsi olan Fergüssonun BioShock 4 üzərində işləri sürətləndirəcəyinə ümid bəslənilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın