Valve 2025-ci ilin Steam-dəki ən uğurlu oyunlarını açıqladı

by Nigar Məmmədova
0 comments

Valve şirkəti Steam platformasında 2025-ci ilin yekunlarını vuraraq, ümumi gəlirə görə ən uğurlu oyunların siyahısını təqdim edib. Məlumatlar həm yeni buraxılışları, həm də sınaqdan keçmiş servis layihələrini əhatə etməklə “bürünc”dən “platin”ə qədər müxtəlif səviyyələrə bölünüb.

Valve-ın rəsmi hesabatına əsasən, illik gəlirlərinə görə “platin” siyahıya 2025-ci ilin bir neçə mühüm buraxılışı daxil olub: ARC Raiders, Battlefield 6, Borderlands 4, Monster Hunter Wilds və Schedule I. Eyni zamanda, CS2, Dota 2 və PUBG: Battlegrounds kimi məşhur servis hitləri də bu çartda yer alıb. Qeyd edək ki, kateqoriya daxilində oyunların sıralanma ardıcıllığı açıqlanmır.

Valve-a görə 2025-ci ilin ən çox gəlir gətirən yeni oyunları:

  • Borderlands 4
  • The Elder Scrolls IV: Oblivion Remastered
  • Civilization VII
  • Monster Hunter Wilds
  • ARC Raiders
  • Schedule I
  • Elden Ring Nightreign
  • Battlefield 6
  • Hollow Knight: Silksong
  • Dune: Awakening
  • Kingdom Come: Deliverance II
  • EA Sports FC 26

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın