Home Oyun Xəbərləri Alien: Isolation oyununun davamı rəsmi olaraq hazırlanır

Alien: Isolation oyununun davamı rəsmi olaraq hazırlanır

by hnlwb
Alien- Isolation

Tam 10 il əvvəl oyun sənayesinin tarixində ən məşhur qorxu oyunlarından biri işıq üzü gördü. SEGA şirkətinin nəşri olan Alien: Isolation oyunu həm mətbuat, həm də on minlərlə oyunçu tərəfindən çox isti qarşılandı. O vaxtdan bəri fanatlar davamını gözləyirdilər və görünür, onların ümidləri doğruldu!

Davam oyununun hazırlanması haqqında rəsmi məlumatı, oyunun yubileyi münasibətilə, şəxsən kreativ direktor El Houp (Al Hope) bəyan edib. Hazırda yeni oyun istehsalın ilkin mərhələlərindədir, ona görə də inkişaf etdirici oyunçulara xəbərləri diqqətlə izləməyi məsləhət görüb.

Bütün dünya üzrə fanatlara:

İnanmaq çətindir ki, Alien: Isolation oyununun buraxılmasından artıq 10 il keçir.

Biz Alien: Isolation oyununun inkişafına başlayanda əsas məqsədimiz birinci “Alien” filminin atmosferini və dəhşətini çatdıran, həqiqətən də orijinal təcrübə yaşadan bir oyun yaratmaq idi — 1979-cu ildəki kinoşahesərin ruhunu daşıyan yeni bir hekayə.

Bu illər ərzində oyuna olan sevginizi izləmək və onun dünyanın hər yerində bir çox oyunçuya çatdığını görmək inanılmaz idi. Sizin emosiyalarınız, hədsiz həvəsiniz, həyəcanınız, qışqırıqlarınız (!) və kinonun ən güclü qatili ilə üzləşməyə göstərdiyiniz cəsarət bizim üçün çox dəyərli idi.

İstər “kosmar” çətinliyinin veteranı olasınız, istərsə də Amanda Ripley rolunu ilk dəfə oynayan bir oyunçu (uğurlar!), biz dərin minnətdarlığımızı ifadə etmək istəyirik. Bu, parlaq bir komandanın həyata keçirdiyi arzu layihəsidir və bu illər ərzində ona göstərdiyiniz qəbul misilsiz olub.

10 illik yubiley münasibətilə, yəqin ki, sizə bir xəbər vermək yerinə düşərdi: biz sizin tələblərinizi aydın şəkildə eşitmişik.

Bu gün komandamız adından Alien: Isolation oyununa davam oyununun hazırlanmasının ilkin mərhələdə olduğunu təsdiqləməkdən məmnunam. Biz sizinlə daha ətraflı məlumatları bölüşmək üçün səbirsizliklə gözləyirik.

Bir daha təşəkkürlər. Gələn görüşlərə qədər. El Houp, Alien: Isolation oyununun kreativ direktoru

You may also like

Leave a Comment

Login to enjoy full advantages

Please login or subscribe to continue.

Go Premium!

Enjoy the full advantage of the premium access.

Stop following

Unfollow Cancel

Cancel subscription

Are you sure you want to cancel your subscription? You will lose your Premium access and stored playlists.

Go back Confirm cancellation