apEX, Blitz və FalleN HLTV Awards 2025-də ilin kapitanı adı uğrunda mübarizə aparacaqlar

by Nigar Məmmədova
0 comments

CS2 üzrə HLTV Awards 2025-in təşkilatçıları ilin ən yaxşı kapitanı adı üçün finala qalan üç namizədi açıqlayıblar. Nominantlar HLTV-nin sosial şəbəkə hesablarında və rəsmi saytında təqdim olunub.

Qısa siyahıya (short-list) aşağıdakı liderlər daxil edilib:

  • Dan “apEX” Madeskler (Team Vitality)
  • Qaridmaqnay “Blitz” Byambasuren (The Mongolz)
  • Qabriel “FalleN” Toledo (FURIA Esports)

Qeyd edək ki, FalleN iyul ayında açıqlanan ilkin siyahıda yer almamışdı, lakin mövsümün ikinci yarısındakı çıxışı ilə finalçılar sırasına daxil olmağı bacarıb.

Mükafatlandırma mərasimi 10 yanvar 2026-cı il tarixində Serbiyanın Belqrad şəhərində keçiriləcək. Tədbir 4 min nəfər tutumu olan Sava Centar-da baş tutacaq. Mərasimdə mövsümün nəticələrinə görə CS2 kiberidman səhnəsinin ən yaxşı nümayəndələrinin adları elan ediləcək.

Xatırladaq ki, bundan əvvəl HLTV Awards 2025-də “İlin Məşqçisi” nominasiyasının da finalistləri bəlli olmuşdu.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın