Çinli kiberidmançı Szuan “Attacker” Can Şan, Counter-Strike 2 üzrə peşəkar oyunçu karyerasını yekunlaşdıraraq TYLOO komandasında məşqçi vəzifəsinə keçib. Bu barədə təşkilat öz sosial şəbəkə hesablarında məlumat yayıb.
TYLOO nümayəndələrinin rəsmi açıqlaması:
“Təşkilat və oyunçu arasındakı qarşılıqlı müzakirələrdən sonra TYLOO kiberidman klubu rəsmən elan edir ki, Attacker peşəkar oyunçu karyerasını bitirib və bu andan etibarən TYLOO-nun CS2 heyətində məşqçi vəzifəsinə keçir. Attacker TYLOO-ya qoşulduğu gündən bəri həm məşqlərdə, həm də yarışlarda daim peşəkar yanaşma və diqqət nümayiş etdirib. Onun oyunçu kimi göstərdiyi fədakarlıq və töhfələrə görə səmimi qəlbdən təşəkkür edirik. Yeni rolu və öhdəlikləri ilə birlikdə növbəti addımlarımızı səbirsizliklə gözləyirik.”
Attacker-in karyera göstəriciləri:
- Başlanğıc: Karyerasına 2014-cü ildə başlayıb.
- Komandalar: Vaxtının böyük hissəsini TYLOO-da keçirib, həmçinin Flash Gaming və digər Çin kollektivlərində çıxış edib.
- Uğurları: eXTREMESLAND 2017 və 2019, Asia Minor Championships, həmçinin Asian Champions League 2025 və FISSURE PLAYGROUND 1 – CS kimi iri turnirlərin qalibi olub.
- Mükafat fondu: Karyerası ərzində qazandığı ümumi mükafat məbləği təxminən 277 min dollar təşkil edir.
